Dek
2023
16:54
81
20
1695
Virtual karabakh

Türkiyənin tanınmış dərman şirkəti Pirallahı Sənaye Parkında zavod inşa edəcək

6 Dek, 2023
16:54
1695

Türkiyənin tanınmış dərman şirkəti Pirallahı Sənaye Parkında zavod inşa edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-yə Pirallahı Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı altıya çatıb.

İZİA-dan verilən məlumata görə, şirkət tərəfindən Sənaye Parkının 7,8 hektar ərazisində yüksək keyfiyyətli 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə yeddi növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulun istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 59,3 milyon manat olan müəssisədə 165 nəfər işlə təmin ediləcək.

İllik istehsal gücü 50 milyon qutu istehsalı olan müəssisə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.”, “Sia Pharmaceuticals” MMC üçtərəfli əməkdaşlığı çərçivəsində inşa ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri