Fev
2024
13:48
26
191
1633
Virtual karabakh

Vüqar Bayramov: “Məqsəd utilizasiya fondu hesabına avtomobil parkının yenilənməsinə nail olmaqdır” - FOTO

1 Fev, 2024
13:48
1633

Vüqar Bayramov: “Məqsəd utilizasiya fondu hesabına avtomobil parkının yenilənməsinə nail olmaqdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Utilizasiya prosesinin Azərbaycanda tətbiqi ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən sistemli fəaliyyətlərin bir hissəsi kimi xarakterizə olunur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, utilizasiya prosesi ətraf mühitin qorunması baxımından vacib tədbirlərdən hesab olunur: 

“Bu proses əksər inkişaf etmiş ölkələrdə aparılıb və bəzilərində də davam etdirilir. Məqsəd dövlətin formalaşdırdığı utilizasiya fondu hesabına avtomobil parkının yenilənməsinə nail olmaqdır. Ətraf mühitin qorunması ilə bağlı meyarlara uyğun avtomobil parkının formalaşması üçün atılan addımlar sırasında Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının dayandırılmasını da nümunə göstərə bilərik”.

V.Bayramov qeyd edib ki, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi nəzərə alınarsa, utilizasiya ilə bağlı qərar bu baxımdan əhəmiyyətlidir: 

“COP29-un əsas hədəfi ətraf mühitin qorunmasına dəstək olmaq və bu istiqamətdə sistemli fəaliyyətlər həyata keçirməkdən ibarətdir. COP29 prinsiplərinə uyğun olaraq ətraf mühitin qorunması ilə bağlı fərqli alətlərdən istifadə edilməsi vacib hesab olunur. Bu baxımdan avtomobillərin utilizasiyasının həyata keçirilməsi Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət edən addımdır”.

Qeyd edək ki, bu gündən Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyasına start verilib. Belə ki, nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.

Gömrük rəsmiləşdirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği: minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda – 700 manat təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri