15 
Apr
2024
12:08
40
16
869
Virtual karabakh

Azərbaycan iqlim maliyyəsi ilə bağlı konsensus yaratmaq istəyir

15 Apr, 2024
12:08
869

Azərbaycan iqlim maliyyəsi ilə bağlı konsensus yaratmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COP29-a hazırlıq üzrə görülən işlər iki istiqamətdə aparılır”.

Oxu.Az bildirir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ilk istiqamət tədbirdə qəbul olunan sənədlər üzrə işlərdir. Digər istiqamət isə Azərbaycanın iqlim mövzusunda təklifləri ilə bağlıdır:

“Eyni zamanda, bir çox dövlətlərə səfərlər edilib, COP-la bağlı təcrübələr toplanılıb. COP29-la bağlı gözlənilən müzakirələr edilib.

İqlim maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları var. Bakı COP-u ilə bağlı əsas gözlənti tərəflər arasında fikir ayrılıqlarını nəzərə almaqla konsensus yaratmaqdır”.

Yalçın Rəfiyev COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə də aydınlıq gətirib.

O bildirib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. 

“COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır”, - deyə o əlavə edib.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri