Astara rayonunda avtomobilin vurduğu piyada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ojakəran-Lovayın avtomobil yolunda baş verib. Raman Mais oğlu Hidayətov idarə etdiyi VAZ-2107 avtomobili ilə Tahir Adil oğlu Qənbərovu vurub. Piyada ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12