Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun Şabran rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12