Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 13:00-da Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, "Changan" markalı, 77-YN-997 dövlət qeydiyyat nişanlı və "Geely" markalı, 77-TT-701 nömrəli avtomobillər toqquşublar.
Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki maşına ciddi maddi ziyan dəyib.
Qaynar xətt:
(055) 224 12 12