Bakı şəhərinin Xəzər rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli, ikiotaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr, dəhlizin tavanı isə 15 kvadratmetr sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri alovu söndürüb. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.