Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə baş vermiş yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb,
əlavə məlumat veriləcək.
Bakı şəhəri, Xəzər rayonunda yanğın başlayıb.
Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə məişət tullantılarının toplandığı sahədə yanğın baş verib:
"Nazirliyin "112" qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində məişət tullantıları toplanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".
Aygün Mirakif