Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda motosiklet sürücüləri avtoxuliqanlıq etdilər - ANBAAN GÖRÜNTÜLƏR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri - Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda tanınmış həkim narkotacir kimi SAXLANILDI
- Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb
- Bakının müxtəlif ərazilərində baş vermiş qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Hərbi xidmətlə bağlı bəzi qanun və fərmanlarda dəyişiklik edilir
- Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb