Bakının Badamdar şosesi ilə Mətbuat prospektinin kəsişməsindəki dairədə motosiklet sürücüsü faciədən son anda xilas ola bilib.
Oxu.Az xəbər verir ki, hadisə anını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, ötən gün həmin ərazidə avtomobil yanıb. Yanğın nəticəsində asfalt örtüyünün üzərinə yağ dağılıb. Lakin sonradan ərazi təmizlənmədiyi üçün yol sürüşkən vəziyyətdə qalıb. Nəticədə sözügedən ərazidə nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaranıb. Bu səbəbdən də motosiklet sürücü idarəetməni itirib və yıxılıb.
Xoşbəxtlikdən sürücünün əynindəki xüsusi geyim onu xəsarət almaqdan xilas edib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova