Bərdə-Tərtər yolunda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən şəxslərdən 3-nün vəziyyəti stabil, 1-nin vəziyyəti isə ağır qiymətləndirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:20-də qəza ilə əlaqədar 4 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Bərdə-Tərtər yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə zamanı "Mercedes" və KIA markalı avtomobillər toqquşub.
Qəza zamanı dörd nəfərin xəsarət aldığı deyilir.
Hadisənin səbəbləri araşdırılır.
Qəza nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb.