Bərdədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.
TƏBİB-dən bildirilib ki, 1974-cü il təvəllüdlü kişi avqustun 29-da saat 23 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentə sağ qasıq sümüyünün və qabırğalarının sınığı diaqnozu qoyulub və ona zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".
Şükufə Süleymanlı
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağcabədi rayon sakini Samir Hüseynov "Chevrolet" markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Ağcabədi rayon sakini Hüseyn Əhmədov xəsarət alıb.
Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.