Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Baharlı qəsəbəsində qeydə alınıb.
Arif Məhəmməd oğlu Aslanov VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi su arxına aşıb.
Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişin 1967-cı il təvəllüdlü Beyləqan rayon sakini Həbib Şəmil oğlu Kərimov isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12