Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Arzusu vəkil olmaq idi" - Buraxılış imtahanından yüksək bal toplamış məktəbli beyin virusundan öldü
Beyninə virus düşməsi nəticəsində həyatını itirən məktəbli ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az İTV-yə istinadla xəbər verir ki, yaxınlarının sözlərinə görə, Gülnarənin ən böyük arzusu vəkil olmaq imiş. Bu məqsədə çatmaq üçün böyük əzmlə çalışır, fənn olimpiadalarında yüksək nəticələr göstərirmiş.
O, 2023-2024-cü tədris ili üzrə keçirilən buraxılış imtahanlarında yüksək bal toplayaraq fərqlənmə attestatına layiq görülüb.
Ətraflı süjetdə:

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təxminən 1 ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildiriblər ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.
Qeyd edək ki, vəfat edən məktəbli təhsil aldığı məktəbin və rayonun tədbirlərində aktiv iştirak edirmiş.