Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Biləsuvarda baş verən qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 21-i, saat 14:50-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəstələrin müalicəsi tibb müəssisəsinin Təcili Tibbi Yardım şöbəsində davam etdirilir və vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.
Qəza zamanı "Hyundai" markalı minik avtomobili "QAZel" markalı sərnişin mikroavtobusuna çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar rayon xəstəxanasına aparılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakının mərkəzində ZƏNCİRVARİ QƏZA: Avtobus "Prado"ya çırpıldı
- Şəki-Oğuz avtomobil yolunda ağır qəzaya düşənlərin SON VƏZİYYƏTLƏRİ açıqlandı
- Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Qeyri-qanuni sərnişin daşıyırmış
- Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI
- Şəmkirdə ölümlə nəticələnən avtoqəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI