"Bu gün saat 12 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.
1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adları məlum olub.
Oxu.Az xəbər verir ki, onlar Zülfüqar Zaur oğlu Səfərli, Rza Ağahüseyn oğlu İdrak, Əmrah Əlyar oğlu Musayev, Mahir Səfər oğlu Əhimov, Əmrah Zaur oğlu Məmmədovdur.
Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.
Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkət edən VAZ-2106 markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı maşınla toqquşub.
İlkin məlumata əsasən, qəza nəticəsində ölən və yaralılar var.
Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt ilə bağlı araşdırma aparılır.
Əli Məmmədov
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində VAZ-2106 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.