Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər yaralanıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib:
"Bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində iki şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlara başın açıq yarası və bud sümüyünün sınığı diaqnozları təyin edilib. Hər iki şəxsə zəruri instrumental-diaqnostik müayinələr təyin edilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir".
Şükufə Süleymanlı
Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında bildirilib.
Qəza səbəbindən "Biləcəri" dairəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.