Daşkəsən rayonunda baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 27-si saat 4:50-da bir nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1977-ci il təvəllüdlü pasiyentə dəqiqləşdirilməmiş lokalizasiyalı termiki və kimyəvi yanıqları diaqnozu təyin olunub və zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir".
Aygün Mirakif
Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində ümumi sahəsi 60 kvadratmetr olan kürsülü, birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.