Dövlət Gömrük Komitəsinin yeni binasında ofisi niyə su basdığı məlum olub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib.
Qeyd olunur ki, nasazlıq tez bir zamanda aradan qaldırılıb.
Məhərrəm Əliyev
Dövlət Gömrük Komitəsinin yeni binasında ofisi su basıb.
Oxu.Az-ın məlumatına görə, otaqlardan birində yanğın təhlükəsi sistemi işə düşüb və xüsusi qurğulardan su axmağa başlayıb.
Qeyd edək ki, DGK-nın yeni binası 2025-ci il iyunun 10-da istifadəyə verilib.