Gədəbəydə 37 yaşlı oğlan yaşadığı evdə bıçaqlanıb.
Oxu.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Rəşad İlyasov aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. İlkin araşdırmalar göstərir ki, hadisə Rəşadla onun atası İlqar İlyasov arasında yaşadıqları evdə mübahisə zamanı baş verib.
Ata və oğul evdə mübahisə edərkən onların səs-küyünə yaxınlıqda yaşayan qohumu müdaxilə edib. O, tərəfləri sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.
Hadisəsinin şahidi hadisənin təfərrüatı barədə danışıb. Qohumun sözlərinə görə, ata ilə oğul arasında əvvəllər də mübahisələr olub.
Ətraflı süjetdə:
Gədəbəy rayonunda 37 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az bildirir ki, 37 yaşlı Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
R.İlyasovu qətlə yetirməkdə atası, 59 yaşlı İlqar İlyasov şübhəli bilinir.
İ.İlyasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.