Gəncə şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb.
Qətldə şübhəli bilinən 2009-cu il təvəllüdlü gənc Daşkəsən rayonunda qeydiyyatda olduğu halda Gəncə şəhərində yaşayıb və öldürülən 2003-cü il təvəllüdlü Zamir Rzayevlə tanışlıqları olub.
Məlumata görə, onlar bir gün əvvəl söyüşlü mübahisə ediblər. Yanvarın 6-da axşam saatlarında onların yenidən mübahisəsi düşüb, gənc oğlan Z.Rzayevdən söyüşə görə üzr istəməsini tələb edib. Z.Rzayev isə ondan üzr istəməyib. Bundan sonra həmin şəxs gecə saatlarında Z.Rzayevi görüşə çağırıb. Hadisə yerinə gələn gənc üzərində gəzdirdiyi bıçaqla Zamirə bir dəfə xəsarət yetirib və ayaq nahiyəsindən damarını kəsib. Zamir aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti küçədə aşkar edilib.
Gəncə şəhərində qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün Gəncə şəhəri ərazisində qeydə alınıb.
Daşkəsən rayon sakini, 2003-cü il təvəllüdlü Zamir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli