Gəncədə 70 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Azər Balı oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı mənzildə aşkarlanıb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12