Gəncədə qadını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
Oxu.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı M.Məhərrəmov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Gəncədə bıçaqlanma hadisəsi olub.
Oxu.Az xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Esmira Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
İlkin məlumata əsasən, qadını bıçaqlamaqda əri şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov