Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 28-i, saat 08:10-da dörd nəfər (üç kişi, bir qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncədə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, dörd nəfər isə xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar, onlara yardım edilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Xəsarət alanlar 2004-cü il təvəllüdü R.Mehdiyev, 1989-cu il təvəllüdlü Ə.Verdiyev, 2003-cü il təvəllüdlü Ə.Nağızadə və 1962-ci il təvəllüdlü T.Kərimovadır.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.