Gəncədə "BakuBus"a məxsus sərnişin avtobusunun sürücüsü qəza törədib.
Oxu.Az-ın məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində "BakuBus"a məxsus avtobus idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə və bir neçə ağaca çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə və elektrik təsərrüfatına zərər dəyib, həmçinin bir neçə ağac sınıb.
Faktla bağlı araşdırma aparılır.

Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12