Gəncədə dəm qazından zəhərlənən şəxslərin sağlamlıq durumu məlum olub.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, gecə saat 2:10-da 3 nəfər (qadın cinsi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Gəncədə dəm qazından zəhərlənmə olub.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin "Məhrəsə bağı" adlanan ərazisində qeydə alınıb.
2008-ci il təvəllüdlü Gülnar Cəfərova, 1976-cı il təvəllüdlü Leyla Cəfərova və 1991-ci il təvəllüdlü Zeynəb Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər.
Onların yaşadıqları evdə dəm qazından zəhərləndikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov