Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, may ayının 7-də saat 01:00-da 14 yaşlı şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Gəncədə yeniyetmə bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, şəhərin Məshəti qəsəbəsində 2012-ci il təvəllüdlü şəxs bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, yeniyetmə yaşıdı tərəfindən bıçaqlanıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır