Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə yolun hərəkət hissəsinin qazılması qəzaya səbəb oldu: Avtomobil aşdı
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "LADA Priora" markalı minik avtomobili prospektlə hərəkətdə olan zaman yolda olan torpaq təpəsinə çırpılıb.
Zərbənin təsirindən avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü - 1989-cu il təvəllüdlü Q.Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Avtomobilə isə ciddi ziyan dəyib. Məlumata görə qəza baş verən ərazidə elektrik xətlərinin yenilənməsi üçün bir müddətdir ki, yolun hərəkət hissəsi qazılıb.
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Türkiyənin tanınmış aktyoru avtomobil qəzasına düşdü: Vəziyyəti ağırdır
- Filippində avtomobil dini yürüşdə iştirak edən insanlara çırpılıb: Ölənlər və yaralananlar var
- Faciəli qəzalardan sığortalanmaq üçün taksi şirkətləri nələrə diqqət etməlidirlər?
- Bakıda yüksək sürətin səbəb olduğu qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Hərbi xidmətdən yeni gəlmişdi, faciəvi şəkildə öldü