Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində Göyçay rayonunun Dövranlı kəndi ərazisində qeydə alınıb.
VAZ-2199 markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə sürücü, 61 yaşlı Habil Talıbov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli