Bu gün Gəncə şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 25-i, saat 14:20-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (üç qadın, iki kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, dörd nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu gün Gəncə şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobilin "Ford" markalı maşınla toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova, 1991-ci il təvəllüdlü Zəkiyə Heydərova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər, vəziyyətləri kafidir.
Qəzaya düşən şəxslər Şəmkir rayon Sabir kənd orta məktəbinin müəllimləridir. Onlar müəllimlərin Gəncədə keçirilən sertifikasiya imtahanında iştirak etmək üçün Şəmkirdən qayıdırmışlar.