Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxs barədə təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, xarici ölkələrdə işə düzəltmək adı ilə dələduzluq edən Yusif Abdullayev oktyabrın 18-də "Milyonların şousu" verilişində iştirak edib və 8 min manat pul mükafatı qazanıb.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.