Laçın-Şuşa yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasının birgə məlumatında bildirilib ki, martın 2-də saat 16:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolundan çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentə kəllədaxili travma, döş qəfəsinin əzilməsi, körpücük sümüyünün sınığı, qamış sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün digər tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, hadisə nəticəsində təcili tibbi yardım tərəfindən bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Laçın-Şuşa yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə martın 2-də, təxminən saat 15 radələrində baş verib.
Hərbçilərin idarə etdiyi iki "KamAZ" markalı yük avtomobilləri Xocalı rayonu ərazisində toqquşub.
Hadisə nəticəsində bir hərbçi ölüb, biri xəsarət alıb.
Əzizə İsmayılova
Laçın-Şuşa yolunda qəza olub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Yolda hərəkət edən avtomobil maneəyə çırpılaraq aşıb.
Nəticədə bir nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.