Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü saxlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20-FH-795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü, 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür", - deyə məlumatda vurğulanır.
Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Oxu.Az xəbər verir ki, BYD markalı avtomobilin sükanı arxasında olan sürücünün sürət həddini saatda 187 km/saata çatdırdığı əks olunub.
Sürücü bu anları mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkə hesabında paylaşıb. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi qiymətləndirərək belə halların ciddi təhlükə yaratdığını bildiriblər.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, görüntülərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılır.
"Sürücü barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi təmin olunacaq", - deyə məlumatda vurğulanıb.