Yanvarın 5-i Avropa Azərbaycan Məktəbinin qarşısında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.
"Yanvarın 5-i saat 08:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 1 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və başın açıq yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - cavabda qeyd olunub.
Aygün Mirakif