Mingəçevir şəhərində hoteldə baş verən ölüm hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, Mingəçevir Avtovağzalının hotelində mərhum Coşqun Rəhimovun daimi istirahəti üçün bir otaq ayrılıbmış.
İlkin məlumata görə, o, vəfat etdiyi zaman otaqda tək olub. İcraçı direktorun ürək çatışmazlığından əziyyət çəkdiyi, vaxtaşırı ağrılarının olduğu bildirilir. Ölümündən az əvvəl yenidən ağrılarının başladığı, kömək çağırmaq istədiyi, lakin buna gücü çatmadığı ehtimal olunur.
Məlumata əsasən, o, əlində telefon otaqdan çıxış qapısına doğru hərəkət edib, lakin qapını açmağa cəhd göstərərkən yerə yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevir şəhərində 49 yaşlı kişi hoteldə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.
Xatırladaq ki, C.Rəhimov Mingəçevir "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli