Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, hadisə ötən gecə saat 20:30-də şəhərin Füzuli küçəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Bəylər İsmayılovun idarə etdiyi 77-FO-043 dövlət qeydiyyat nişanlı "Hyundai" və 1990-cı il təvəllüdlü Fərid Quliyevin idarə etdiyi 77-BY-401 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillərin iştirakı ilə qəza baş verib.
Qəza nəticəsində 41 yaşlı Bəylər İsmayılov xəsarət alıb.
Hadisənin başvermə səbəbləri barədə hələlik ətraflı məlumat yoxdur.