Mingəçevirdə avtomobilin vurduğu yeniyetmənin məktəbli olduğu müəyyənləşib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, 2014-cü il təvəllüdlü Z.Musayevanı "Ford" markalı avtomobil vurub.
Hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmənin vəziyyəti kafi olaraq qiymətləndirilir.
Yusuf Məmmədli
Mingəçevirdə avtomobil piyadanı vurub.
Oxu.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Z.M. vurub. Yeniyetmə müxtəlif bədən xəsarətləri alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya