Naxçıvanda mikroavtobus dərəyə aşıb, 4 nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 67-BF-243 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, fakt araşdırılır.