Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.
Qəza zamanı "Audi" və "Toyota Land Cruiser" markalı avtomobillər toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Qəza ilə əlaqədar nəqliyyatın hərəkətində qısamüddətli sıxlıq yaranıb.