Qax rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 06:30 radələrində Qax-Qorağan yolunun 12-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Qax sakini, 34 yaşlı Təbriz Məmmədovun idarə etdiyi "Ford" markalı, 99-EB-801 dövlət qeydiyyat nişanlı yük avtomobili Şəkinin Baltalı kənd sakini, 38 yaşlı Arzuman Musayevin idarə etdiyi VAZ-21099 markalı, 09-BS-920 dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində VAZ-21099-da olan sərnişinlər - Gülnarə Cəfərova, 33 yaşlı Nüşabə Cəfərova və 58 yaşlı Qəzənfər Həşimov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.