Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
İki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normal olduğu üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.