Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Qəbələ şəhərində qeydə alınıb.
Belə ki, VAZ-2106 maşını hərəkətdə olarkən "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və VAZ-da olan sərnişinlər isə xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Samir Əli