Qubada avtomobilin vurduğu 83 yaşlı kişi üç gün sonra dünyasını dəyişib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, dekabrın 23-də 2002-ci il təvəllüdlü Musa Hüseynov idarə etdiyi VAZ-2107 markalı avtomobillə piyada, 1941-ci il təvəllüdlü Rafiq Məmmədovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, kişi ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.