Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 23-ü, saat 01:00-da Şabran rayonunda baş verən ağır qəza nəticəsində xəsarət alan üç nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
"2001-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol əlin bayır səthinin sıyrılmış yarası, 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə sol said sümüklərinin 1/3-nin yerini dəyişmiş sınığı diaqnozları təyin edilib və cərrahiyyə şöbəsinə yerləşdirilib.
2001-ci il təvəllüdlü şəxsdə (kişi cinsli) isə həkimə qədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Şabranda avtomobil divara çırpılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Ramazan Kamran oğlu Süleymanov idarə etdiyi "Daewoo Gentra" markalı, 01-CH-178 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhəri Heydər Əliyev prospektində yaşayış evinin darvazasına çırpılıb.
Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan iki sərnişin - 2005-ci il təvəllüdlü Kamal Orucəli oğlu Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Dadaş oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.