Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Salyan rayonunun Xələc kəndində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Daxil olan məlumat əsasında, FHN-nin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Renault" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb və bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Salyanda ölüm və xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Seymur Rafiq oğlu Məlikov hadisə yerində ölüb.
Hadisə zamanı, həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Şəhriyar Rafiq oğlu Rəhimov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI