Salyanda avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı "Hyundai Avante" markalı minik avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobildə olan 1960-cı il təvəllüdlü Almagül Həsənağa qızı Ağayeva və 1981-ci il təvəllüdlü Nailə Böyükağa qızı Ağayeva xəsarət alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, xəsarət alan şəxslər ana və qızıdır.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya