Fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətlə aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun həyatını xilas etmək mümkün olmayıb.
Şamaxıda qadın öldürüldü: 17 yaşlı ögey oğlu tutuldu
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.