Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ADY-yə məxsus sərnişin qatarının vurduğu piyadanın vəziyyəti AÇIQLANDI
"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus sərnişin qatarının vurduğu piyadanın vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) saat 9-da Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, aparılan instrumental müayinələr zamanı pasiyentə alın sümüyünün sınığı, sağtərəfli alının sıyrılmış yarası diaqnozu təyin edilib:
"İxtisaslı həkim baxışından sonra vəziyyəti qənaətbəxş hesab edilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".
Bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev məlumat verib.
O bildirib ki, qəza nəticəsində qatar hərəkətinə gecikmə ilə davam edib:
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb".
"ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər", - deyə məlumatda bildirilir.

Məhərrəm Əliyev
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Sərnişinlər Qəbələ Dəmiryol Vağzalında gözləmə zalına buraxılmırlar?
- "Azərbaycan Dəmir Yolları" QSC lisenziya və icazə tələbindən azad olunur
- Bakı-Sumqayıt qatarının sərnişinlərinin NƏZƏRİNƏ - Sabahdan qrafik dəyişir
- "ADY Ekspres"in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirilib
- Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların YENİ QRAFİKİ AÇIQLANDI