Sumqayıtda motosikletin vurduğu piyada ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Bahar Kərimova Sumqayıtın "Corat" qəsəbəsində yaşayırmış.
Hadisə baş verən gün qızını xəstəxanaya gətirib. Ailəsi ilə birlikdə xəstəxanadan çıxarkən piyada keçidindən yolu keçmək istəyib. Elə bu zaman motosiklet ona çırpılıb.
Motosiklet sürücüsünün yeniyetmə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Sumqayıtda yeniyetmə oğlan motosikletlə qadını vurub öldürüb.
Oxu.Az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü N.D. "Tufan S-150" markalı motosikletlə hərəkətdə olarkən "Göyçay" market adlı mağazanın qarşısında yolu keçən piyada, 1967-ci il təvəllüdlü Bahar Həsən qızı Kərimovanı vurub. Piyada xəstəxanaya aparılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli