Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıtda dəm qazından zəhərlənən bir ailənin beş üzvünün son durumu AÇIQLANDI
Sumqayıtda dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılan bir ailənin beş üzvünün son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 18 dekabr saat 5:00-da beş nəfər (iki kişi, üç qadın) naməlum qazların toksiki təsiri diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin müxtəlif müəssisələrinə hospitalizasiya olunub.
"Təcili Tibbi Yardım Xəstəxanası və Uşaq Xəstəxanasına hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
Əzizə İsmayılova
Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.
Dəm qazından zəhərlənən şəxslər 1985-ci il təvəllüdlü Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülbuta İmamverdi qızı Orucova, övladları - 2019-cu il təvəllüdlü Niftalı Qabil oğlu Orucov, 2008-ci il təvəllüdlü Aysun Qabil qızı Orucova və 2016-cı il təvəllüdlü Samirə Qabil qızı Orucovadır.
Dəm qazından zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Rəylər